Novruz bayramı ərəfəsində vaksinasiya məntəqələri fəaliyyətini davam etdirəcək.
Bu barədə Yenilik.info-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əhalinin davamlı olaraq vaksinasiyasını təmin etmək üçün peyvənd məntəqələri fəaliyyət göstərəcək. Yalnız 20-21 mart tarixlərində peyvənd məntəqələrində qeyri-iş günü olacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.